Baydenin Cim Kerri olduğu söyləndi - MARAQLI

Keçən həftə ABŞ-ın keçmiş prezidenti Donald Trampın iştirakı ilə Ohayoda keçirilən mitinqdə maraqlı hadisələr yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş prezidentin tərəfdarlarından biri olan qadın verdiyi müsahibəsində prezident Co Baydenin həqiqətən öldüyünü və onu məşhur komediyaçı Cim Kerrinin canlandırdığını iddia edib.

Tramp tərəfdarı öz nəzəriyyəsini "The Good Liars" (Yaxşı Yalançılar) komediya duetinin üzvü Ceyson Selviqlə müsahibəsində də bölüşüb. Bir neçə məşhur şəxsin maska ​​taxaraq Bayden rolunu oynadığını iddia edən qadın, “Hazırda Co Baydeni oynayan bir neçə fərqli insan var. Təyyarədə pilləkənlərdən yıxılan da məncə Bayden deyil, Cim Kerri idi" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə