ABŞ-ın Şimali Karolina əyalətindəki bir universitetdə ölkəsindəki tədarük böhranı ilə bağlı 40 dəqiqəlik çıxış edən Bayden çıxışı bitdikdən sonra əlini sıxmaq üçün uzatsa da ancaq səhnədə ondan başqa heç kim olmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, boşluğun qarşısında bir müddət əlini havada saxlayan Bayden çaşqın ifadə ilə səhnəyə baxıb. Daha sonra yöndəmsiz şəkildə arxasına çevrilib və səslənən musiqi sədaları altında səhnədən uzaqlaşıb.
Amerika xalqı öz prezidentlərinin kobud səhvlərinə və yalançı ritorikasına öyrəşib. Amma son qəribə görüntülər sosial şəbəkədə aktual mövzuya çevrilib. Çoxları Prezidentin boşluqla əl sıxmasının onun koqnitiv problemləri ilə bağlı olduğunu deyib.
Bəzi istifadəçilər Baydenin səhhətinin işini davam etdirmək üçün yaxşı olmadığını iddia edərkən, bəzi istifadəçilər isə bu tənqidlərin yanlış olduğunu vurğulayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə