Finlandiya və İsveç yayda NATO-ya üzv olmağa hazırlaşır. SİA bu barədə məlumatı Britaniyanın "The Times" qəzetinə istinadən yazır. "The Times" qəzeti bazar ertəsi dərc etdirdiyi xəbərdə deyilir ki, Rusiya “böyük strateji səhvə yol verib” və İsveç və Finlandiya kimi neytral statusa malik ölkələri NATO üzvü olmağa inandırıb.
Həmçinin xəbərlərdə adı açıqlanmayan ABŞ rəsmiləri ötən həftə alyansın xarici işlər nazirləri arasında İsveç və Finlandiyanın da təmsil olunduğunu, hər iki Skandinaviya ölkəsi üçün NATO üzvlüyünün müzakirə edildiyini və bu cür çoxsaylı iclasların davam etdirilməsinə qərar verildiyini bildirib.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB