Türkiyə Prezidenti "COVİD"ə qalib gəldi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan peyvənd sayəsində "Covid-19"-dan asanlıqla sağaldığını bildirib. SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son iki gündür verdiyi koronavirus testlərinin cavabı mənfi çıxıb.

Türkiyə prezidenti bildirib ki, iki doza "Sinovac" və bir doza "Biontech" alıb: "Ona görə də "Covid"-i rahat keçirdim. 4-5 gündə neqativ çıxdı. "Covid"ə yoluxduğum və pozitiv olduğu müddətdə işimi evdə davam etdirdim. Peyvənd çox kömək etdi, prosesdən çox asan keçdim".

Prezident açıqlamasında xəstəliyin gedişatını diqqətlə izləyən səhiyyə heyətinə təşəkkür edib, bütün səhiyyə işçilərinə salamlarını çatdırıb və xəstələrə şəfa arzulayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə