Rusiya-Ukrayna krizi davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Moskva və Vaşinqton gərginliyi daha da kəskinləşib. Moskva bəyan edir ki, Vaşinqton Avropada de-fakto gərginliyi artırmağa davam edir.
Kremlin sözçüsü Dmitri Peskov CNN-ə deyib ki, ABŞ qoşunlarının Avropaya göndərilməsi Rusiyanın narahat olmağa əsasının olduğunu sübut edir.

Pentaqon dünən Şərqi Avropaya əlavə ABŞ hərbçiləri yerləşdirəcəyini açıqlayıb. Bunların 2000-i Polşaya, bir neçə min nəfəri isə Rumıniya da daxil olmaqla Cənubi Avropa ölkələri üçün nəzərdə tutulub. NATO isə bildirir ki, Rusiya Belarusa 30 minə yaxın əsgər və müasir silah göndərib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə