ABŞ-ın Corc Vaşinqton Universitetinin alimləri havanın çirklənməsi ilə vaxtından əvvəl ölüm arasındakı əlaqəni müqayisə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, 13 min şəhər araşdırılıb. Buna görə dünyada 2,5 milyard insanın yaşadığı şəhər yerlərində hava “ölüm” yayır. Təkcə 2019-cu ildə, pandemiyadan bir il əvvəl havanın çirklənməsi səbəbindən 1,8 milyon insan həyatını itirib. Hər kubmetrə düşən çirklənmiş hava hissəcikləri 10 mikroqram səviyyəsini keçir.
Ümumdünya Səhiyyə Təşkilatı, 2005-ci ildə bu həddi keçməyin təhlükəli olduğunu bəyan edib. Şəhər yerlərində yaşayan insanların 86%-i risk səviyyəsindən yuxarı çirklənmiş hava ilə nəfəs alır.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB