"O, çılğın siyasətlərlə ölkəmizi məhv edir" Tramp, Baydeni hədəf aldı

ABŞ prezidenti Co Baydenin Konqresdəki səhər çıxışında onu tənqid etməsi və onu “məğlub prezident” kimi qələmə verməsindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazılı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baydenin ABŞ-ı daha da parçalamaq üçün öz adından istifadə etdiyini müdafiə edən Tramp, “Açıq sərhədlər, saxta seçkilər, fəlakətli enerji siyasətləri, konstitusiyaya zidd mandatlar və dağıdıcı məktəblərin bağlanması kimi çılğın siyasətləri ilə ölkəmizi kim məhv edir?” deyə soruşub.

Baydenin çıxışını “Baydenin tamamilə iflasa uğraması faktından diqqəti yayındırmaq üçün siyasi bir teatr” olaraq xarakterizə edən Tramp deyib: “Ölkəmizin artıq sərhədləri yoxdur, Covid-19 üzərində nəzarəti tamamilə itirilib (rekord rəqəmlər), biz artıq müstəqil deyilik, enerji, inflyasiya tüğyan edir, ordumuz xaos içindədir, Əfqanıstandan çıxışımız və ya orada təslim olmağımız ABŞ tarixində bəlkə də ən utanc verici gün idi və bunun kimi bir neçə şey”.

Seçkilərdə saxtakarlıq iddialarının Amerika mediası tərəfindən “böyük yalan” kimi qələmə verildiyinə diqqət çəkən Tramp, “Əsl böyük yalan seçkinin özüdür” deyib. Demokratların 6 yanvardan qorxu yaymaq və ABŞ-ı parçalamaq üçün istifadə etdiyini iddia edən Tramp, “Bunu etsinlər, çünki Amerika onların yalanlarını və qütbləşmə səylərini görür” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə