ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada, Pentaqonun rəhbəri Lloyd Ostinin koronavirusa yoluxduğu açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ müdafiə naziri nazirliyin internet saytında verdiyi açıqlamada, “Bu səhər mənim COVID-19 testim müsbət çıxıb. Mən məzuniyyətdə olarkən evdə xəstəliyin simptomlarını gördüyüm zaman test tələb etdim. Simptomlar yüngül idi və həkimin göstərişlərinizə əməl edirəm. Bu təlimatlara uyğun olaraq, özümü növbəti 5 gün ərzində ev şəraitində karantinə alacağam” deyib.

Karantin zamanı onu köməkçisinin təmsil edəcəyini deyən Ostin ABŞ Prezidenti Co Baydenlə sonuncu dəfə dekabrın 21-də görüşdüyünü bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə