Qlobal istiləşmə bu ölkədə kənd təsərrüfatını yox edib

2020-ci ildə Qvatemaladan şimalda Mərkəzi Amerikanı vuran iki güclü qasırğa kardamon məhsulunu məhv edib və minlərlə yerli insanın maddi vəziyyətini gərginləşdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Eta və İota qasırğaları 2020-ci ilin oktyabr və noyabr aylarında bu bölgədən keçərək Mərkəzi Amerikada 200 nəfərin ölümünə və böyük dağıntılara səbəb olub. Bununla belə ekspertlər bildiriblər ki, iqlim dəyişikliyi Qvatemalada əvvəlkindən daha dağıdıcı hadisələrə səbəb olub. Havanın temperaturunun qəfil dəyişməsi səbəbindən bir il əvvəl kəndin ərazisindən keçən Azul çayının qolları axın yolunu dəyişib, küçələri, evləri, əkin və otlaq sahələrini su basıb. Geniş yaşıl hil tarlaları dörd ay ərzində su altında qalıb və su çəkildikdə geriyə qalan sadəcə çürüyən bitkilər olub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə