"ABŞ-ın Əfqanıstandakı nəticəsi sıfıra bərabərdir" - PUTİN SƏRT DANIŞDI

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Əfqanıstanda 20 illik mövcudluğunu və əraziyə nəzarət etməsini "sıfırla nəticələndiyini" bildirib. SİA xəbər verir ki, Rusiya lideri ABŞ-ı Əfqanıstanda baş verən terror hadisələrinə görə tənqid etdi. Rusiya prezidenti bildirdi ki, ABŞ əfqanları nəzərə almadan öz dəyərlərini tətbiq etməyə məcbur etdi: “Bu səbəbdən ABŞ-ın burada olması yalnız faciə yaratdı və itkilərə səbəb oldu”.

Rusiya lideri Putin, Əfqanıstanda 20 illik varlığına son qoyan ABŞ-ın siyasətini tənqid edərək qeyd etdi ki, Amerika qüvvələri 20 il bu torpaqlarda varlığını davam etdirdi: “20 ildir ki, burada yaşayan insanlardan sivilizasiya qurmağa çalışdı. Öz normalarını və səviyyələrini burada yerinə yetirdi”.

“Nəticədə yalnız faciə və itkilər oldu. Bunu edənlərə, yəni ABŞ-ın buradakı nəticəsi sıfır və ya hətta mənfi idi”.

Rusiya lideri sözlərini belə davam etdirdi: “İnsanlara mədəni şəkildə, düzgün və tələsmədən kömək etmək lazımdır. Tarixi faktorlar da daxil olmaqla bütün bu amilləri nəzərə almadan müsbət bir şey əldə etmək demək olar ki, mümkün deyil”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə