ABŞ-ın Yəməndəki Xüsusi Nümayəndəsi Tim Lenderking Yəməndə yenidən ortaya çıxan aclıq təhlükəsinə qarşı səyləri dəstəklədiklərini və əlavə yardım göstərəcəklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 2021-ci ildə dünyanın ən pis qıtlığından əziyyət çəkən Yəməndə humanitar yardım fəaliyyətlərini dəstəkləmək üçün 4 milyard dollar tələb edir.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar baş verir. Husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Səna və bəzi bölgələrə nəzarəti ələ keçirərkən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından bəri Husilərə qarşı Yəmən hökumətini dəstəkləyir. Ölkədə 6 ildən çox davam edən qarşıdurmalarda minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən artan humanitar böhran dəhşətli həddə çatıb. BMT-nin məlumatına görə, dünyanın ən pis humanitar böhranlarından birinin yaşadığı Yəməndə əhalinin 80 faizinin humanitar yardıma və müdafiəyə ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB