Türkiyədə ən çox COVID-19-a yoluxma halı İstanbulda qeydə alınıb

Bu ayın ilk həftəsi ərzində Türkiyədə ən çox COVID-19-a yoluxma halı İstanbulda qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabı vasitəsilə bildirib.

Nazir son bir həftə ərzində Türkiyədə vilayətlərə görə yoluxma hallarının siyahısını açıqlayıb.

Siyahıya əsasən, hər 100 min nəfər arasında ən çox yoluxma halı 359,99 nəfərlə İstanbulda qeydə alınıb. Bu müddət ərzində paytaxt Ankarada hər yüz min nəfərdən 247,68-i COVID-19-a yoluxub.

Ümumiyyətlə isə mayın 1-dən 7-dək Türkiyədə ən çox yoluxma sayı ölkənin İstanbul, Kastamonu, Tekirdağ, Zonquldak, Ərzurum vilayətlərində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə