“Samsung”un sahibi həbs edilib

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda, İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərarı paytaxt Seulun Ali Məhkəməsi qəbul edib. İş adamı "Samsung Group”un iki bölməsinin birləşdirilməsi zamanı qanunsuzluğa yol verdiyinə görə azadlıqdan məhrum olunub.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...