"Xəzər dənizindəki ekoloji böhran..." - Tokayevdən XƏBƏRDARLIQ

"Xəzər dənizindəki ekoloji böhran..." - Tokayevdən XƏBƏRDARLIQ

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Xəzər dənizindəki ekoloji böhranın ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyini bəyan edib və onun ekosisteminin qorunması üçün təcili tədbirlər görülməsinə çağırıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildirilib.

O, Türkmənistanda keçirilən ilk Xəzər Ekoloji Sammitində çıxış edən Tokayev görüşün çağırılması ilə bağlı vaxtında və aktual təşəbbüsünə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edib və Xəzərin region üçün strateji əhəmiyyətini nəzərə alaraq bu görüşü tarixi adlandırıb.

“Xəzər unikal təbii sərvət mənbəyi, milyonlarla insanın rifahının təminatçısı, bütün Avrasiya qitəsinin əsas nəqliyyat və enerji qovşağıdır. Buna görə də Xəzər dənizinin ekosisteminin qorunması, ilk növbədə, dövlətlərimiz tərəfindən xüsusi diqqət tələb edir”, – Tokayev deyib.

O, İran Prezidenti Məsud Pezeşkianla razılaşaraq vəziyyətin artıq sadəcə ekoloji böhran deyil, mahiyyət etibarilə potensial təhlükəli nəticələri olan iqtisadi böhrana çevrildiyini qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə