Gürcüstan rəsmi olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) 2027-ci il sədrliyi uğrunda diplomatik yarışa qoşulub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili bu barədə "İmedi" televiziyasında məlumat verib.
Gürcüstan ATƏT üzvü kimi 34 illik tarixində ilk dəfə olaraq bu ilin yanvar ayında təşkilata sədrlik etmək üçün müraciət edib, lakin onun namizədliyinin rəsmi təqdimatı sentyabr ayında Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. "Gürcüstan digərləri kimi təşkilatın tamhüquqlu üzvüdür və sədrliyə müraciət etmək hüququna malikdir. Biz əvvəllər heç vaxt belə bir istək bildirməmişik.
Təşkilat daxilində Gürcüstanla bağlı ilk dəfə belə bir müzakirə aparılır", - Boçorişvili vurğulayıb. Kiprin alternativ namizədliyinin effektiv şəkildə bloklanması Tbilisinin xeyrinə olub. Xarici işlər nazirinin izah etdiyi kimi, Kiprin 2027-ci il üçün təyinatı Türkiyənin sərt mövqeyi səbəbindən dayandırılıb. Ankara ötən ilin sonlarında ATƏT Xarici İşlə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB