Dubaydan Təl-Əvivə uçan "FlyDubai" təyyarəsinin göyərtəsində baş vermiş insident hədəfi israillilər, BƏƏ və "İbrahim sazişləri" olan terror cəhdi kimi qiymətləndirilir. SİA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.
İsrail tərəfinin ilkin məlumatına görə, pilotlardan biri göyərtəsində çox sayda sərnişinin olduğu təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub. Açıqlamada qeyd olunub ki, sərnişinlərin hərəkətləri və hadisə zamanı peşəkarlıq nümayiş etdirən digər pilotun sayəsində mümkün fəlakətin qarşısı alınıb.
İsrail XİN qeyd edib ki, baş verənlər İsrail ilə BƏƏ arasındakı münasibətlərə xələl gətirə və regionda əldə olunan irəliləyişi dayandıra bilməz.
"Sülhü və normallaşmanı pozmağa çalışanlar regionun gələcəyini müəyyən etməyəcəklər. İsrail BƏƏ ilə münasibətləri yüksək qiymətləndirir, iki ölkə və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsinə sadiqdir", -məlumatda bildirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB