Qazaxıstan və Almaniya enerji təhlükəsizliyi sahəsində, o cümlədən Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq etməyi planlaşdırır.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Berlinə rəsmi səfərinin yekunlarına dair onun və almaniyalı həmkarı Frank-Valter Ştaynmayer tərəfindən qəbul edilən bəyannamədə bildirilib.
"Prezidentlər enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji daşıyıcılarının, o cümlədən neft və qazın Avropaya tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi məqsədilə sıx əməkdaşlığı alqışlayırlar. Tərəflər enerji təchizatının etibarlılığının artırılması, enerji dəhlizlərinin inkişaf etdirilməsi, sənayenin dekarbonizasiyası, bərpa olunan enerji mənbələrindən və yaşıl hidrogendən istifadənin genişləndirilməsi məqsədilə Qazaxıstan-Almaniya Enerji Dialoqu çərçivəsində və Astanadakı H2-Diplo ofisi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - sənəddə vurğulanıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB