Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyada səfərdədir. O, səfər çərçivəsində Suriyanın xarici işlər naziri Əsəd Şeybani ilə görüşündən sonra keçirilən mətbuat konfransında mühüm fikirlər səsləndirib.
K.Kallas bəyan edib ki, ərazilərin minalardan təmizlənməsi və müharibədən qalan partlayıcı sursatların zərərsizləşdirilməsi işləri üçün Suriyaya 51 milyon avro ayrılıb.
Ə. Şeybani isə Suriya-AB tərəfdaşlığının ölkənin bərpasına və müharibənin fəsadlarının aradan qaldırılmasına kömək edəcəyinə ümid etdiyini söyləyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB