Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb

Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb

Nepal və Çində baş verən daşqın nəticəsində ölənlərin sayı 768 nəfərə yüksəlib.

SİA xəbər verir ki, bu barədə Nepalın fövqəladə hallar üzrə nazirliyi və Çinin dövlət mediası məlumat yayıb.

Onlardan 752-si Nepalda, 16-sı isə Tibetdə həyatını itirib.

Nepalda daha 2 502 nəfər itkin düşmüş hesab olunur. Çində isə itkin düşənlərin sayı 546 nəfərdir. Beləliklə, hər iki ölkədə itkin düşənlərin ümumi sayı 3 048 nəfərə çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə