Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

Ukraynanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 26 avqust 2026-cı ildə Qara dənizin Tuapse sahillərində Türkiyəyə məxsus "Lider Bordo Mavi" gəmisinə edilən hücumdan və ertəsi gün (27 avqust) yuxarıda adı çəkilən gəmini dartmaq üçün göndərilən "Lider Kocatepe" gəmisinin hədəf alınmasından sonra Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb.

Qeyd olunub ki, görüş zamanı Türkiyənin hücumlara reaksiyası qarşı tərəfə çatdırılıb.

Eyni zamanda Qara dənizdə can və mal, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı lazımi xəbərdarlıqlar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə