Avropa cavab verməyə hazırdır...

Qərb kəşfiyyat orqanları Putinin əsas səhv hesablamasını müəyyən ediblər...
Avropa cavab verməyə hazırdır...

...Kreml birbaşa hərbi münaqişədən yayınmağa çalışarkən NATO ölkələrinə qarşı hibrid hücumları davam etdirmək niyyətindədir.

SİA xəbər verir ki, The Telegraph-ın Qərb kəşfiyyat agentliklərindəki mənbələrinə görə, Moskvanın strategiyası səhv hesablanmış və gözlənilməz eskalasiyaya səbəb ola bilər.

Qərb kəşfiyyat rəsmilərindən birinin sözlərinə görə, Rusiyanın NATO ölkələrinə qarşı - istər sabotaj, istərsə də kiberhücumlar yolu ilə - hibrid əməliyyatlar aparmaq istəyi danılmazdır: Putin NATO ilə birbaşa qarşıdurmadan yayınmaqda maraqlıdır, lakin bu cür taktikalar səhv hesablama riski daşıyır.

Son zamanlar Moskva Böyük Britaniyaya qarşı getdikcə daha çox birbaşa təhdidlər irəli sürür.

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, London Ukraynaya dəstəyinə görə "fəlakətli nəticələrlə" üzləşə bilər.

Qərb paytaxtları bu cür açıqlamaları Kiyevin müttəfiqlərini qorxutmaq və təzyiq göstərmək məqsədi daşıyan Rusiya təbliğatının bir hissəsi kimi görürlər.

Eyni zamanda, Qərb Moskvanın məhdud miqyaslı hərbi əməliyyatlarına belə qətiyyətlə cavab vermək əzmindədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə