Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq - YENİLƏNİB

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq - YENİLƏNİB

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Armenpress” xəbər verir ki, məhkəmədə Antikorrupsiya Komitəsinin Köçəryanın həbsi ilə bağlı vəsatətinə baxılacaq.

***

17:27

Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edək ki, ötən gün saxlanılan Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb. Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə