Ermənistan Müdafiə Nazirliyi terrorçu, I Qarabağ müharibəsi iştirakçısı Monte Melkonyan (Avo) haqqında "Monte" filminin çəkilişini maliyyələşdirməkdən və dəstəkləməkdən imtina edib. "Hraparak" qəzeti mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Qəzetin məlumatına görə, çəkilişlərə başlamazdan bir neçə gün əvvəl Müdafiə Nazirliyi əvvəllər vəd etdiyi dəstəyi geri götürərək filmdə müharibə səhnələrinin olmamasını tələb edib. Nazirlik müharibə səhnələri mövcud olarsa, maliyyələşdirmənin təmin edilməyəcəyini bildirib. Nəticədə, çəkiliş qrupu Müdafiə Nazirliyinin dəstəyi olmadan işləməyə məcbur olub.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və İrəvan bələdiyyəsi layihəyə maliyyə dəstəyi verib.
Filmin yaradıcısı və baş prodüseri, Vazgen Sarkisyanın qardaşı Armen Sarkisyanın qızı Nona Sarkisyan, Monte Melkonyanın həyat yoldaşı Seda və qardaşı Markarın razılığını aldıqdan sonra çəkilişlərə başladığını açıqlayıb. "Monte" filminin premyerası 25 noyabrda baş tutacaq.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB