Bu ölkədə TikTok CƏRİMƏLƏNDİ

Bu ölkədə TikTok CƏRİMƏLƏNDİ

Braziliya hökuməti yetkinlik yaşına çatmayan istifadəçilərin fərdi məlumatlarının emalı qaydalarını pozduğuna görə "TikTok" platformasının sahibi olan "ByteDance" şirkətinə qarşı cərimə tətbiq edib.

SİA Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məlumatların Mühafizəsi Agentliyi "TikTok"un sahibi "ByteDance" şirkətini uşaq və yeniyetmələrin şəxsi məlumatlarının emalı zamanı yol verdiyi qanun pozuntularına görə 153,7 milyon real (təxminən 30 milyon dollar) məbləğində cərimələyib.

Bununla yanaşı, qurum qaydalar pozulmaqla toplanmış bütün məlumatların silinməsi barədə göstəriş verib. Həmçinin şirkətdən platformada uşaqların təhlükəsizliyinin artırılmasına dair xüsusi plan təqdim etməsi tələb olunur.

Nəzarət orqanının gəldiyi qənaətə əsasən, "TikTok" heç bir hüquqi əsas olmadan azyaşlıların məlumatlarını emal edib və bu prosesin qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. Nəticə etibarilə, Braziliyanın məlumatların qorunması haqqında qanunvericiliyinin tələbləri pozulub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə