Kanada hakimiyyəti sentyabrın 8-dən etibarən ABŞ-dan idxal olunan bir sıra məhsullara 15%, 25% və 50% həcmində gömrük rüsumları tətbiq edir. SİA xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata əsasən, cavab rüsumları ümumi dəyəri təxminən 20 milyard dollar olan Amerika mallarına şamil ediləcək. Rüsumlar avtomobil və motosikletlərə, məişət texnikasına, kənd təsərrüfatı avadanlıqlarına, elektrik cihazlarına, kağız və kartona tətbiq olunacaq.
Bununla yanaşı, polad, alüminium və onlardan hazırlanan məhsullara tətbiq edilən rüsumlar 25%-dən 50%-ə qaldırılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB