İsrail Qərbdə mövqeyini qorumaq üçün islamofobiyaya ümid edir

İsrail Qərbdə mövqeyini qorumaq üçün islamofobiyaya ümid edir

İsrail hökuməti Qərbdə getdikcə daha çox dəstək qazanan sağçı siyasi qüvvələri öz tərəfinə çəkmək üçün müsəlmanlara qarşı qorxuları ön plana çıxarır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-da islamofob ritorikanın güclənməsi artıq daha açıq şəkildə müşahidə olunur. O qeyd edir ki, bəzi müsəlman icmaları ABŞ-da Corc Buşun prezidentliyi dövrünü belə daha mülayim dövr kimi xatırlamağa başlayıblar. Həmin dövrdə Buş 11 sentyabr 2001-ci il terror hücumlarından sonra məscidə gedərək İslamın sülh dini olduğunu bildirmişdi.

ABŞ xüsusilə Respublikaçılar Partiyasının müəyyən dairələrində müsəlmanlara qarşı sərt ritorika güclənib. Müəllif bunun yalnız müsəlmanlarla məhdudlaşmadığını, müxtəlif azlıq qruplarına qarşı siyasi təzyiqlərin də artdığını yazır.

İsrail hökumətinin islamofob diskursu dəstəkləməsinin əsas istiqamətlərindən biri Avropadakı ifrat sağçı siyasi qüvvələrlə əməkdaşlıqdır.

2026-cı ilin yanvarında İsrail hökumətinin Qüdsdə keçirdiyi antisemitizmlə bağlı konfransa Polşanın PiS, İspaniyanın Vox, Macarıstanın Fidesz və Fransanın Milli Birlik partiyasının nümayəndələri də qatılıb.

İsrailin Baş naziri Benyamin Netanyahu həmin siyasi qüvvələri “radikal İslamın işğalına” qarşı mübarizədə müttəfiq kimi təqdim edib.

Netanyahunun son dövrlərdə “radikal İslam” təhlükəsi ilə bağlı açıqlamalarının artdığını və bu mövzunun onun siyasi kampaniyasında da ön plana çıxdığını bildirir.

İsrailin imic problemi

İsrail hökuməti xüsusilə Qəzzadakı hərbi əməliyyatlarla bağlı beynəlxalq tənqidləri öz siyasətinə yenidən baxmaqla deyil, daha fəal ictimaiyyətlə əlaqələr və təbliğat kampaniyaları ilə qarşılamağa çalışır.

İsrailin ABŞ-da öz siyasətinə dəstək yaratmaq, eyni zamanda tənqidçilərini gözdən salmaq və sağçı elektoratı səfərbər etmək üçün müxtəlif kommunikasiya kampaniyalarından istifadə etdiyi iddia olunur.

İsrail Xarici İşlər Nazirliyinin ABŞ-ın Stagwell Global şirkətindən sifariş etdiyi və sonradan sızdığı bildirilən araşdırmaya istinad edir. Yazıda həmin araşdırmada ictimai rəyi dəyişdirmək üçün “radikal İslam” və “cihadçılıq” qorxusunun effektiv vasitə ola biləcəyinin qeyd edildiyi bildirilir.

Kanada nümunəsi

2024-cü ildə Kanadada baş verdiyi iddia edilən başqa bir kampaniya da nümunə göstərilir.

İsrail hökumətinin maliyyələşdirdiyi “United Citizens for Canada” adlı təsir qrupunun sosial şəbəkələrdə müsəlman miqrantları cəmiyyət üçün təhlükə kimi təqdim edən və onların İslam hüququnu tətbiq etməyə çalışdığını iddia edən paylaşımlar yaydığını yazır.

Bununla belə, ABŞ və Avropada cəmiyyətin müəyyən hissəsi bu cür kampaniyaları qəbul etmir. Müsəlman siyasətçilərin seçkilərdə uğur qazanması da islamofob ritorikaya qarşı ictimai reaksiyanın göstəricisi kimi təqdim edilir.

“Qərbi İsrailə bənzətmək” iddiası

Qərb ölkələri demoqrafik baxımdan getdikcə daha müxtəlif olur və müxtəlif dini və etnik qruplar siyasi həyatda daha böyük rol oynayırlar.

İsrail üçün sülhə aparan yol Qərb ölkələrindəki bərabərlik modelinə yaxınlaşmaq ola bilər. Lakin müəllif iddia edir ki, İsrailin hazırkı təbliğat siyasətinin məqsədi əksinə, Qərb cəmiyyətlərini İsrailə daha çox bənzətməkdir.

Qorxu və nifrət güclü siyasi vasitələr olsa da, islamofobiyanın yayılması daha ciddi sosial problemlərə səbəb ola bilər. Bu strategiyanın İsrailin Qərbdə, xüsusilə də ifrat sağçı dairələr arasında dəstəyini qoruyub saxlamasına nə dərəcədə kömək edəcəyi isə hələ də sual altındadır.

Qərb ölkələri bu prosesə daha diqqətlə yanaşmağa və İsrailin siyasətini getdikcə daha çox xarici təsir kampaniyasına çevrilən strategiya kimi qiymətləndirir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə