“Yaxşı şeylərin olacağına inamımı həmişə qorudum” - Abdullah Güldən PAYLAŞIM

“Yaxşı şeylərin olacağına inamımı həmişə qorudum” - Abdullah Güldən PAYLAŞIM

Türkiyənin 11-ci prezidenti Abdullah Gül yenidən medianın gündəminə gəlib. Sabiq prezident "kürd məsələsi"nin həlli ilə bağlı qəbul edilən çərçivə qanunla bağlı açıqlama verib. A. Gül sosial media hesabında qanunun qüvvəyə minməsini Türkiyə tarixinin ən mühüm problemlərindən birinin həllində “yeni qapı” kimi qiymətləndirib.

O, atılan addımı cəsarətli adlandıraraq, prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı başda olmaqla, prosesə töhfə verən siyasi liderləri və dövlət rəsmilərini təbrik edib. “Yaxşı şeylərin olacağına inamımı həmişə qorudum”, - deyə Gül bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə