Zeynep Bastık subaylığa vida etdi! Duvağındakı detal diqqət çəkdi

Zeynep Bastık subaylığa vida etdi! Duvağındakı detal diqqət çəkdi

Türkiyəli müğənni Zeynep Bastık aktyor Serkay Tütüncü ilə evlilik hazırlıqları görərkən rəfiqələrinin təşkil etdiyi sürprizlə subaylığa vida edib. Bastıkın duvaq taxdığı anlar diqqət çəkib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənni Zeynep Bastık və aktyor Serkay Tütüncü təxminən iki ildir davam edən münasibətlərini nikahla rəsmiləşdirmək qərarına gəliblər. Tütüncünün romantik evlilik təklifinə “hə” deyən Bastık toy öncəsi dostları ilə bir araya gəlib.

Bastık üçün hazırlanan sürpriz tədbirdə məşhur müğənniyə duvaq taxılıb. Dostları ilə birlikdə əylənən Bastık həmin gecədən görüntüləri sosial media hesabında paylaşıb.

Məşhur müğənni daha əvvəl sevgilisinə olan sevgisini romantik sözlərlə ifadə etmişdi. Bastık birlikdə keçirdikləri iki ilin ardından qarşılarında uzun və gözəl bir gələcəyin olmasını arzuladığını bildirmişdi.

Cütlük evlilik hazırlıqlarını davam etdirərkən Bastıkın subaylığa vida mərasimindən paylaşdığı görüntülər də sosial şəbəkələrdə diqqət çəkib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə