Tramp ŞOKDA - Ali Məhkəmə müraciətini yenə rədd etdi...

Tramp ŞOKDA - Ali Məhkəmə müraciətini yenə rədd etdi...

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın yazıçı Elizabet Cin Kerrolla qarşı təcavüz və böhtan işi üzrə 5 milyon dollar kompensasiya ödəməsi barədə əvvəlki qərarın ləğvi ilə bağlı müraciətini ikinci dəfə rədd edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin sənədində qeyd olunub.

Ali Məhkəmə iyun ayında da oxşar qərar qəbul edib. Həmin vaxt məhkəmə Trampın təqsirini təsdiqləyən əvvəllər təqdim edilmiş sübutların qanuni şəkildə qəbul edildiyini bildirib. ABŞ prezidenti iyun ayında qəbul edilmiş və onun ilkin apellyasiya şikayətinin rədd edildiyi qərara yenidən baxılmasını istəyib. "Səfərdən sonra yenidən baxılmasından imtina edilib", - deyə sənəddə vurğulanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə