Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Rumıniyanın hava məkanında keçirilən NATO-nun inteqrasiya edilmiş hava və raketdən müdafiə təliminə qatılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlim çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 6-cı bazasından (Bandırma) 2 ədəd F-16, 3-cü bazasından (Konya) 1 ədəd E-7T və 10-cu bazasından (Adana) 1 ədəd KC-135R təyyarəsi iştirak edib.
NATO qüvvələri ilə birgə təşkil olunan fəaliyyət zamanı ilk dəfə aşağı sürətli hədəflərin ələ keçirilməsi üzrə təlim uğurla keçirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB