"Axmaqlar!" - Lukaşenkodan sərt AÇIQLAMA

"Axmaqlar!" - Lukaşenkodan sərt AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə prezident hakimiyyətinin onun övladlarına ötürülməsi barədə danışanlar haqqında kəskin fikir bildirərək, onları "axmaqlar" adlandırıb. RBK-nin məlumatına görə, o, bu fikri "Pul pervovo" teleqram kanalında yerləşdirilmiş videomüraciətində səsləndirib. "Axmaqlar. Onlar bunun necə bir iş olduğunu bilmirlər", - Lukaşenko vurğulayıb.

Belarus lideri izah edib ki, hakimiyyətin təhvil verilməsi dedikdə əldə olunan hər şeyin qorunub saxlanılması və bu irsin dövlətin dağılmasına və məhvinə yol verməyəcək, inkişafı "Çin üsulu ilə" davam etdirə biləcək digər insanlara verilməsi nəzərdə tutulur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə