ABŞ donanmasının İtaliyadakı bazasında naməlum dron aşkarlanıb

ABŞ donanmasının İtaliyadakı bazasında naməlum dron aşkarlanıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında naməlum dron aşkar edilib.

“Stars and Stripes” qəzetinin xəbərinə görə, hadisədən dərhal sonra ehtiyat tədbirləri görülüb.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliya hüquq-mühafizə orqanları araşdırma apararaq dronun içərisində partlayıcı maddələrin olmadığını və onun partlama təhlükəsi yaratmadığını müəyyən edib.

Bundan sonra hərbi bazanın fəaliyyətini əvvəlki vəziyyətinə qaytarılıb.

Hüquq-mühafizə orqanları dronu müsadirə edib.

Dronun haradan gəldiyi və bazanın ərazisinə necə düşdüyü ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə