Türkiyədə Avropaya getmək istəyən 12 miqrant saxlanılıb

Türkiyədə Avropaya getmək istəyən 12 miqrant saxlanılıb

Türkiyənin Ədirnə vilayətində qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 12 miqrant saxlanılıb. Bu barədə DHA məlumat yayıb. Məlumata görə, vilayətin jandarm əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Suriya, İraq və Fələstin vətəndaşı olan 12 miqrant saxlanılıb.

Saxlanılan miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə