Çinin “ChinaSat 4B” rabitə peykini daşıyan “Long March 7A” raketi ötən gün Hainan əyalətində yerləşən Vençanq Kosmik Fəza Buraxılış Mərkəzindən havaya buraxılıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, lakin buraxılışdan qısa müddət sonra raketdə partlayış baş verib. Nəticədə onun nəzərdə tutulan orbitə çıxa bilmədiyi açıqlanıb. Çinli rəsmilər hadisənin səbəblərini araşdırırlar.
Baş verən qəza 2020-ci ilin martında ilk uçuşunu həyata keçirən və indiyədək 10-dan çox uğurlu missiya yerinə yetirən “Long March 7A” raketinin ilk uğursuzluğu kimi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB