Macarıstan parlamenti ölkənin yeni prezidenti vəzifəsinə Ali Məhkəmənin sabiq sədri Andraş Bakanı seçib. 73 yaşlı Baka gizli səsvermədə yeganə namizəd olub və 140 deputatın dəstəyini qazanıb. O, avqustun 19-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hakim Tisza Partiyasının namizədi olan Baka çıxışında prezident kimi həm çoxluğun, həm də azlığın maraqlarını təmsil edəcəyini, siyasi fikir ayrılıqlarını gizlətmək deyil, qəbul etməyin vacibliyini vurğulayıb. O, həmçinin konstitusion nəzarət və balans mexanizmlərinin qorunmasının əsas prioritetlərindən biri olacağını bildirib.
Baka 1991–2008-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi fəaliyyət göstərib. Daha sonra Macarıstan Ali Məhkəməsinin sədri seçilsə də, 2011-ci ildə Viktor Orban hökumətinin həyata keçirdiyi məhkəmə islahatları nəticəsində səlahiyyət müddəti vaxtından əvvəl dayandırılmışdı. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı qanunsuz hesab etmişdi.
Yeni prezidentin seçilməsi Baş nazir Peter Macarın rəhbərlik etdiyi hökumətin Viktor Orban dövründə formalaşmış dövlət institutlarını yenidən qurmaq istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir. Müxalifətdə olan Fidesz Partiyası isə səsverməni boykot edərək prosesi qanunsuz adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB