İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün irəli sürdüyü 15 bəndlik sülh planını qəbul etmədiklərini açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Netanyahu bildirib ki, İsrail HƏMAS tam şəkildə silahsızlaşdırılmadan Qəzza zolağından qoşunlarını çıxarmayacaq. Onun sözlərinə görə, ölkəsinin təhlükəsizliyi hər hansı siyasi razılaşmadan üstün tutulur.
ABŞ-ın hazırladığı plan mərhələli şəkildə atəşkəsin təmin edilməsini, HƏMAS-ın silahları təhvil verməsini, İsrail qoşunlarının Qəzzadan çıxmasını və bölgədə beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Məlumata görə, HƏMAS planın əsas prinsiplərini qəbul etsə də, İsrail hökuməti bunun təhlükəsizlik baxımından kifayət qədər etibarlı olmadığını hesab edir.
Netanyahu vurğulayıb ki, İsrail HƏMAS-ın bütün ağır və yüngül silahları təhvil verməsindən əvvəl hərbi mövqelərini tərk etməyəcək. O, Vaşinqtonla dialoqu davam etdirdiklərini, lakin ölkəsinin təhlükəsizliyini riskə atan heç bir təkliflə razılaşmayacaqlarını bildirib.
Qeyd olunur ki, Tramp administrasiyası vasitəçilər vasitəsilə tərəfləri razılığa gətirməyə çalışır. Lakin Netanyahu hökumətinin sərt mövqeyi və İsraildəki daxili siyasi vəziyyət planın həyata keçirilməsi perspektivlərini çətinləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB