Deniz Seki xəstəxanaya yerləşdirildi

Deniz Seki xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Deniz Seki İstanbuldakı evində baş verən bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, D. Seki konsertdən evə qayıtdıqdan sonra ev heyvanlarına yem vermək istəyərkən sürüşkən döşəmədə ayağı sürüşərək yıxılıb. Hadisədən sonra evdə olan əməkdaşları təcili yardım çağırıblar və sənətçi xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun çanaq sümüyündə sınıq və onurğasında zədələnmə aşkar edilib. Həkimlər dərhal əməliyyat qərarı veriblər.

Sənətçinin yaxınları sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan "Deniz Seki balkondan aşağı yıxılıb" xəbərlərinin həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, hadisə evin daxilində, sürüşkən döşəmədə ayağının sürüşməsi nəticəsində baş verib.

Əməliyyatın uğurla başa çatdığı, Deniz Sekinin vəziyyətinin stabil olduğu və hazırda həkim nəzarəti altında müalicəsini davam etdirdiyi bildirilib. Sənətçinin yaxın həftələrdə qoltuqağacından istifadə edəcəyi, daha sonra isə səhnəyə qayıtmasının planlaşdırıldığı qeyd Deniz Seki xəstəxanaya yerləşdirildi – "Balkondan yıxılıb" iddialarına aydınlıq gətirildi

Türkiyəli müğənni Deniz Seki İstanbuldakı evində baş verən bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub.

Məlumata görə, Seki konsertdən evə qayıtdıqdan sonra ev heyvanlarına yem vermək istəyərkən sürüşkən döşəmədə ayağı sürüşərək yıxılıb. Hadisədən sonra evdə olan əməkdaşları təcili yardım çağırıblar və sənətçi xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun çanaq sümüyündə sınıq və onurğasında zədələnmə aşkar edilib. Həkimlər dərhal əməliyyat qərarı veriblər.

Sənətçinin yaxınları sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan "Deniz Seki balkondan aşağı yıxılıb" xəbərlərinin həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, hadisə evin daxilində, sürüşkən döşəmədə ayağının sürüşməsi nəticəsində baş verib.

Əməliyyatın uğurla başa çatdığı, Deniz Sekinin vəziyyətinin stabil olduğu və hazırda həkim nəzarəti altında müalicəsini davam etdirdiyi bildirilib. Sənətçinin yaxın həftələrdə qoltuqağacından istifadə edəcəyi, daha sonra isə səhnəyə qayıtmasının planlaşdırıldığı qeyd olunub. olunub.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə