Bəşər Əsəd Suriyada edam cəzasına məhkum edildi

Bəşər Əsəd Suriyada edam cəzasına məhkum edildi

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd barəsində ölkədə fəaliyyət göstərən xüsusi məhkəmə tərəfindən edam hökmü çıxarılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya məhkəmə orqanlarının yaydığı məlumatda, Əsəd mülki əhaliyə qarşı ağır cinayətlər, işgəncələr, məcburi itkin düşmələr və hərbi cinayətlərdə təqsirli bilinib. Məhkəmə prosesi yeni hakimiyyətin yaratdığı xüsusi məhkəmə çərçivəsində aparılıb.

Bildirilir ki, hökm hələ yekun hüquqi prosedurlardan keçməlidir və icra olunması üçün müvafiq instansiyaların təsdiqi tələb olunur. Hazırda Rusiyada olduğu bildirilən Bəşər Əsədin Suriyaya təhvil verilib-verilməyəcəyi isə qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, Bəşər Əsədin rəhbərlik etdiyi rejim 2024-cü ilin dekabrında devrilmiş, bundan sonra o və ailəsi Rusiyaya sığınmışdı. Yeni Suriya hakimiyyəti isə keçmiş rejim nümayəndələrinin məsuliyyətə cəlb olunması istiqamətində araşdırmaları davam etdirir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə