Vaşinqton administrasiyası tərəflər arasındakı münaqişə zamanı insanların ölməsinə və yaralanmasına, eləcə də İran Silahlı Qüvvələrinin zərbələri nəticəsində ABŞ-yə dəyən ziyana görə Tehrandan kompensasiya tələb edir. SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Trampın sözlərinə görə, İran nümayəndələri daha əvvəl son beş aylıq hərbi münaqişə zamanı ölkəyə dəyən ziyana görə təzminat tələb ediblər. ABŞ lideri qeyd edib ki, kompensasiya məsələsi daha əvvəl İranla danışıqlarda müzakirə olunmayıb.
"Lakin bu, maraqlı ideyadır, çünki indi mən də İrandan yol kənarına qoyulmuş bombalar vasitəsilə, o cümlədən general Süleymaninin ("Əl-Qüds" xüsusi təyinatlı bölməsinin komandanı Qasimin) ilkin rəhbərliyi altında bədnam olduqları çoxsaylı münaqişələrdə öldürdükləri və ya ağır yaraladıqları bütün insanlara görə təzminat tələb edirəm. Söhbət həmçinin "USS Cole" göyərtəsində həlak olanların ailələrindən və döyüş əməliyyatlarında həlak olmuş minlərlə digər insandan gedir", - o yazıb.
Bundan əlavə, ABŞ Prezidenti son 50 il ərzində İranda etirazlar zamanı həlak olanların ailələri üçün kompensasiya tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB