İranın Təhlükəsizlik Şurasının yeni katibi açıqlandı

İranın Təhlükəsizlik Şurasının yeni katibi açıqlandı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və ali liderin müşaviri Möhsün Rzai İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bu barədə İran prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbayi məlumat verib.

"Məhəmməd Bağır Zülqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni vəzifəni qəbul etməsi ilə əlaqədar olaraq, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın fərmanı ilə Möhsün Rzai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib", - deyə o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə