Türkiyənin yük gəmisi PUA hücumuna məruz qalıb

Novorossiysk yaxınlığında
Türkiyənin yük gəmisi PUA hücumuna məruz qalıb

Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib

Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib.

Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.
“MV Güllük” yük gəmisi 2002-ci ildə inşa edilib və beynəlxalq daşımalarla məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə