Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu dərc edib

Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu dərc edib

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər (UNO) haqqında beşinci gizli sənədlər toplusunu dərc edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə CBS News məlumat verir.

Cümə günü, 7 avqust tarixində Pentaqonun veb saytındakı xüsusi bölmədə UNO şahidlərinin ifadələri ilə birlikdə 41 yeni açıqlanmış fayl ortaya çıxdı.

Qeyd olunur ki, sübutlar, foto və video materiallar təkcə ABŞ hərbi departamenti tərəfindən deyil, həm də FTB, MKİ, Dövlət Departamenti və ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən təqdim edilib.

CBS News ayrıca qeyd edir ki, kolleksiyadakı ən qədim sənəd 1950-ci ilə, ən yenisi isə 2026-cı ilə aiddir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə