Şamda güclü partlayış baş verib, ölən və yaralananlar var

Şamda güclü partlayış baş verib, ölən və yaralananlar var

Suriyanın paytaxtı Şamın Ceramana məhəlləsində güclü partlayış baş verib. Yerli mənbələrin məlumatına görə, hadisə bombalı hücum nəticəsində baş verib. Partlayış zamanı ölən və yaralananların olduğu bildirilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, partlayış nəticəsində azı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Hücumun kim tərəfindən törədildiyi hələlik rəsmi şəkildə açıqlanmayıb. Suriya təhlükəsizlik orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə