"El Klasiko"nun Türkiyədə keçirilməsi nəzərdə tutulur

"El Klasiko"nun Türkiyədə keçirilməsi nəzərdə tutulur

İspaniya futbolunun ən nüfuzlu turnirlərindən biri olan İspaniya Superkuboku ilə bağlı diqqətçəkən iddia ortaya atılıb. Məlumata görə, 2027-ci il İspaniya Superkuboku turniri İstanbulda təşkil oluna bilər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspan jurnalist Alfredo Martinezin yaydığı məlumata əsasən, turnirin 2027-ci ilin fevral ayının ilk həftəsində İstanbulda keçirilməsi planlaşdırılır. Yarış dörd komandanın iştirakı ilə baş tutacaq.

İddialara görə, Superkubok uğrunda FC Barcelona, Real Madrid CF, Atlético Madrid və Real Sociedad mübarizə aparacaq.

Yarımfinal cütlükləri də müəyyənləşib:

Real Sociedad – Real Madrid

Barcelona – Atletico Madrid

Bu ssenari reallaşacağı təqdirdə, finalda futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi “El Klasiko” – Barcelona və Real Madrid qarşıdurması İstanbulda keçirilə bilər. Lakin hazırda bu məlumat rəsmi şəkildə təsdiqlənməyib və hələlik iddia xarakteri daşıyır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə