Hindistanda ölümcül Chandipura virusu həyəcanı: 22 uşaq həyatını itirib

Hindistanda ölümcül Chandipura virusu həyəcanı: 22 uşaq həyatını itirib

Hindistanda "Chandipura" virusunun yayılması ciddi narahatlıq doğurub. Virus səbəbindən 22 uşağın həyatını itirməsindən sonra ölkə hökuməti vəziyyətə nəzarəti gücləndirmək üçün milli müdaxilə qrupunu hadisə bölgəsinə göndərib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın Səhiyyə Nazirliyinin məlumatına görə, mütəxəssislər virusun yayıldığı Gujarat və Rajasthan ştatlarında yerli səhiyyə işçilərinə dəstək verəcək və xəstəliyin qarşısının alınması üçün tədbirlər həyata keçirəcəklər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, "Chandipura" virusu əsasən musson mövsümündə qum milçəkləri, ağcaqanadlar və gənələr vasitəsilə yayılır. Virus beyində iltihab (ensefalit) yarada bilər və ağır hallarda ölümlə nəticələnə bilər.

Səhiyyə rəsmiləri əhaliyə həşərat sancmalarından qorunmağı, yüksək hərarət, güclü baş ağrısı, huşun pozulması və digər şübhəli əlamətlər müşahidə olunduqda dərhal tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə