Təxminən 130 milyon əhalisi olan Afrika Buynuzu ölkəsi iyundan sentyabr ayına qədər davam edən yağışlı mövsümlərinin ən uzun müddətinə təbii fəlakətlər ilə üzləşib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Əddis-Əbəbədən təxminən 200 kilometr şimal-şərqdə yerləşən Sela Dinqayda torpaq sürüşməsi baş verib.
Buradakı yepiskopluğun rəhbəri Meqabe Hadis Neka sürüşmənin bazar ertəsi səhər saatlarında ildırım və göy gurultusu ilə müşayiət olunan çox güclü gecə yağışından sonra baş verdiyini bildirib. Qayaları yerindən oynadan palçıq sürüşməsi nəticəsində təpənin yamacından aşağıda yerləşən Tsadkane Məryəm Ana pravoslav monastırının bir hissəsi yerin altında qalıb.
“Monastırda dua edən on dörd dindar fəlakət nəticəsində həlak olub. Ağır yaralanan üç nəfər Debre Birhan xəstəxanasına aparılıb”, -deyə yepiskopluğun rəhbəri bildirib.
Əhalinin dörddə üçündən çoxunun kənd yerlərində yaşadığı Efiopiya tez-tez iqlimlə əlaqəli fəlakətlərdən təsirlənir. 2024-cü ilin iyul ayında ölkənin cənubunda baş verən torpaq sürüşməsində 257 nəfər, mart ayında isə eyni bölgədə baş verən daşqınlar zamanı 80 nəfər həlak olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB