Moskvada PUA hücumu nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb - MOSKVA

Moskvada PUA hücumu nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb - MOSKVA

Moskvada pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 5 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva vilayətinə PUA hücumunun qarşısını alıb.

Novoselki sənaye zonasında PUA-ların düşməsi nəticəsində bir neçə yerdə yanğın baş verib. Ən böyük yanğın anbarlardan birində qeydə alınıb. Qubernatorun bildirdiyinə görə, anbardayaranan yanğının qarşısı artıq alınıb.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. Yaralılara tibbi yardım göstərilir.

Vorobyov həmçinin hücum nəticəsində elektrik yarımstansiyasının və inzibati binanın zədələndiyini bildirib. Hadisə yerində yanğınsöndürənlər və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə