Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” Ukrayna çempionatının yeni mövsümünə inamlı qələbə ilə başlayıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Premyer Liqasının son çempionu olan Donetsk təmsilçisi ilk turda “Kudrivka” ilə qarşılaşıb. “Arena Lviv” də keçirilən görüş “Şaxtyor” un 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Şaxtyor" İkinci hissədə rəqibinə şans verməyib.
Matçın ilk hissəsində komandalar hərəyə bir dəfə qol ilə fərqlənib. “Şaxtyor” un heyətində Alisson, “Kudrivka” da isə Artur Dumanyuk qapını dəqiq nişan alıb və ilk 45 dəqiqədə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə üstünlüyü tam ələ alan Arda Turanın komandası daha dörd qol vurub. Kaua Elias Nogueyra het-trik edib, Luka Meyrelliş isə bir dəfə fərqlənib.
Beləliklə, “Şaxtyor Donetsk” rəqibini 5:1 hesabı ilə məğlub edərək mövsümə üç xalla başlayıb.
“Kudrivka” isə ilk turdan sonra xalsız qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB