Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir sıra bölgələrinə hücum edib. Hücumlar nəticəsində azı 5 nəfərin öldüyü, eyni zamanda Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries” şirkətinə məxsus anbarın zədələndiyi bildirilir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, son hücum zamanı “Wildberries” şirkətinin Samara vilayətində yerləşən logistika mərkəzi dronların hədəfinə çevrilib. Anbarda yanğın baş verib, lakin hadisə zamanı ölən və yaralananların olmadığı açıqlanıb.
Rusiya rəsmiləri bildiriblər ki, ölkənin hava hücumundan müdafiə sistemləri yüzlərlə Ukrayna dronunu zərərsizləşdirib. Bununla yanaşı, müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində insan tələfatı qeydə alınıb. Saratov vilayətində və Udmurtiya Respublikasında ölənlərin olduğu açıqlanıb.
“Wildberries” anbarlarına hücumların son həftələrdə intensivləşdiyi qeyd olunur. Ukraynanın bu tip zərbələrlə Rusiyanın logistika və iqtisadi imkanlarına təsir göstərməyə çalışdığı bildirilir. Kiyev isə bəzi kommersiya obyektlərinin müharibə ilə bağlı təchizat zəncirində istifadə olunduğunu iddia edir. Moskva isə bu hücumları mülki infrastruktura qarşı yönəlmiş addımlar kimi qiymətləndirir.
Bununla yanaşı, Rusiya və Ukrayna arasında qarşılıqlı dron hücumları davam edir. Rusiya ərazisindəki hədəflərə zərbələr fonunda Moskva da Ukraynanın müxtəlif şəhərlərinə hücumlar həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB