"Kızılcık Şerbeti" serialından ayrılan Feyza Civelek “İnstagram” hesabını bağlayıb

"Kızılcık Şerbeti" serialından ayrılan Feyza Civelek “İnstagram” hesabını bağlayıb

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında dörd mövsüm boyunca Nilay obrazını canlandıran aktrisa Feyza Civelekin yeni mövsümdə heyətdə yer almayacağı bildirilib. Aktrisanın serialdan ayrılmasından sonra İnstagram hesabını bağlaması isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Feyza Civelek serialın beşinci mövsümündə rol almayacaq. Ayrılıq xəbəri ictimaiyyətə açıqlanandan qısa müddət sonra aktrisa İnstagram hesabını deaktiv edib. Onun profilinə daxil olmağa çalışan istifadəçilər hesabın artıq əlçatan olmadığını görüblər.

Feyza Civelek nə serialdan ayrılması, nə də sosial media hesabını bağlaması ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bu addım onun pərəstişkarları arasında maraq və müxtəlif fikirlər yaradıb.

Qeyd edək ki, aktrisanın serialdan ayrılacağı ilə bağlı iddialar bir müddətdir Türkiyə mətbuatında gündəmdə idi. Yeni mövsümün aktyor heyəti dəqiqləşdikdən sonra onun layihə ilə yollarını ayırdığı təsdiqlənib. İnstagram hesabını bağlaması isə bu ayrılıqdan sonra diqqət çəkən növbəti hadisə kimi qiymətləndirilir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə